Dəhşətli təyyarə qəzasında müəmmalı zəng: “Silahlı hücuma məruz qaldıq”


Xəbər verdiyimiz kimi, yanvarın 8-də Tehrandan Kiyevə uçan Ukraynanın sərnişin təyyarəsi İranda qəzaya uğrayıb. 
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində sağ qalan olmayıb. Onlar arasında 27 yaşlı ekipaj üzvü Yekaterina Stadnik də olub. Məlumata görə, o, qəzadan öncə  qohumlarına zəng edərək silahlı hücuma məruz qaldıqlarını deyib və daha sonra əlaqə kəsilib.
Bu barədə yerli “TV” kanalları da məlumat yayıb.
Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" təyyarəsində 167 sərnişin və 9 ekipaj üzvü olub və onların hamısı qəza zamanı həyatını itirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top