Avstaliyadakı yanğın bu şəhəri qırmızı rəngə boyadı - VİDEO


Avstraliyada sentyabr ayından başlayan yanğılar böyüməkdə davam edir.
Yeniavaz.com xəbər verir ki, Avstraliyanın Merimbula şəhəri yanğının təsirindən qırmızı rəngə boyanıb. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Qeyd edək ki, ötən gün Avstraliyanın meşə yanğınlarının məruz qaldığı yerlərdə yağış yağaraq, temperatur aşağı düşüb. Yağıntı Sidneydən Melbrunadək olan ərazidə aramla yağıb. Yeni Cənubi Uelsin bəzi hissələrində isə leysana çevrilib.
Xatırladaq ki, ötən ilin sentyabr-avqust ayından başlayan yanğınlar son günlər daha da güclənib. Bununla bağlı Avstraliyada 3-cü fövqəladə vəziyyət elan olunub. Vətəndaşlar yanğınların qarşısının alınması üçün səfərbər edilib. 40-dan çox xilasedici həlak olub, 500 milyondan çox heyvan yanaraq tələf olub, bir qrup heyvanın nəsli kəsilib, 4 milyon hektardan çox meşə sahəsi yanıb.

İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top