"Bakı Zooparkı"nda heyvanlara nə yedirdirlər? - TAM SİYAHI


Bu il Bakı şəhər Heyvanat Parkında ("Bakı Zooparkı") saxlanılan heyvanları yemləmək üçün 157 min 421 manat vəsait xərclənəcək.
Yeniavaz.com xəbər verir ki, bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin qalibi olan fərdi sahibkar Məhi Məhiş oğlu Hüseynova (VÖEN-1803912792) ödəniləcək.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 157 min 421 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
  Məhsulun adı Miqdarı
1 Ət (mal) 20 ton
2 Toyuq (bütöv, hissələr) 10 ton
3 İçalat (toyuq) 5 ton
4 Balıq (dondurulmuş) 2,5 ton
5 Qarğıdalı (bütöv) 300 kq
6 Darı (dənli bitkilər) 1,5 ton
7 Buğda (dənli bitkilər) 1,6 ton
8 Arpa (dənli bitkilər) 700 kq
9 Vələmir (dənli bitkilər) 6,5 ton
10 Ot kipi (quru ot) 40 ton
11 Kəpək (dənlilərin qabığı) 5 ton
12 Kambikorm (qarışıq yem) 2,5 ton
13 Yarma (arpa, buğda) 2 ton
14 Meyvə (alma, portağal, banan) 3 ton
15 Tərəvəz (yerkökü, çuğundur, kələm, kartof, soğan, balqabaq) 40 ton
16 Çörək (buğda) 6 ton
17 Süpürgə (çöl) 30 000 ədəd
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top