Ceyhun Bayramov bu şəxslərə yeni vəzifə verdi


Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-ya məlumat verilib. Məlumata görə, Nazirliyin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.
Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

DİGƏR XƏBƏRLƏR

Top