ABŞ-İran hücumlarında gizli mesajlar - 1:20, 290 və 52 rəqəmlərinə diqqətlə baxın

 
ABŞ və İran qarşıdurmasında seçilən hücum vaxtlarının, sosial şəbəkə vasitəsilə verilən cavabların, ABŞ-ın hücumdan bir neçə gün əvvəl keçirdiyi təlimdə istifadə edilən helikopter sayının müəyyən hadisələrə işarə etdiyi ortaya çıxarıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ, Qasım Süleymaninin ödürülməsindən bir neçə gün əvvəl 52 qırıcı təyyarə ilə hərbi təlim keçirib. Bu təlim ABŞ hərbçiləri tərəfindən "Fil yürüşü" adlandırılıb. Daha sonra iranlı general öldürülür və prezident Donald Tramp açıqlama verərək qarşılıq verəcəyi təqdirdə İranın 52 vacib hədəflərini vuracağı ilə hədələyir. Burada 52 rəqəminin seçilmə səbəbi uzun illər əvvəl İran-ABŞ arasında baş verən gərginliyə əsaslandığı bildirilir. Belə ki, 1979-cu ildə İran tərəfi ABŞ-ın 52 vətəndaşını girov götürmüşdü. Bu ismarıca qarşılıq isə İran prezidenti Həsən Ruhani tərəfindən gəldi. O, "Twitter" hesabından "52 deyənlər, 290-ı xatırlasın" -deyə açıqlama verib. Ruhani "290" deyərək 1988-ci ildə baş verən müəmmalı təyyarə qəzasından xəbər verir. 3 iyul 1988-ci ildə İrandan Dubaya 290 sərnişinlə uçan təyyarə iddiaya görə, ABŞ tərəfindən vurulmuşdu. Hadisə nəticəsində sağ qalan olmamışdı.
Digər bir uyğunluq da Qasım Süleymaninin öldürülmə və intiqam saatlarında özünü göstərir.

Qeyd edək ki, Qasım Süleymani İraqda hava limanından çıxarkən gecə saat 1:20-də öldürülüb. İran da ABŞ hərbi hissələrinə hücumu həmin saatda, gecə 1:20-də general dəfn edilmədən ABŞ-ın İraqdakı hərbi hissələrinə ballistik raketlərlə edir və generalın intiqamının alındığını bildirir. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top