“Segway” yeni nəqliyyat vasitəsi hazırlayıb - VİDEO


"Segway" şirkətinin mühəndisləri yeni nəqliyyat vasitəsi – yumurta formasında kreslo kapsul yaradıblar. Bu haqda "The Verge" nəşri yazıb.

 

Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, özünü balanslaşdıran yumurta formasında "S-Pod" elektrik kapsulu istifadəçiyə bədəni əymədən qurğunu idarə etməyə imkan verir. "S-Pod" hərəkət zamanı oturmağa imkan verir, sürətin və istiqamətin idarə edilməsi isə oturacağa quraşdırılmış coystiklə həyata keçirilir.

 

"S-Pod" saatda 38 km sürətlə hərəkət edə bilər. Bu halda hələ ki kapsulun avtonom işləmə müddəti bilinmir. "S-Pod" kapsulunun tam təqdimatı və satışa çıxarılması 2020-ci ilin üçüncü rübündə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top