Futbol üzrə İspaniya Super Kubokununun yarımfinal matçında “Real-Madrid” klubu “Valensiya”nı məğlub edib.
Ciddə şəhərində baş tutan görüş “Real”ın 3 -1 hesablı qələbəsi ilə başa çatıb.
Madrid komandasından qolları Toni Kroos, İsko və Luka Modriç vurub.
Yeganə təsəlli qolun müəllifi Dani Parejo olub.
Finalda “Real-Madrid” “Barselona” – “Atletiko” cütünün qalibi ilə görüşəcək.//Report