Mexaniki qaz sayğacları sıfırlanır - VİDEO


Azərbaycanda mexaniki qaz sayğaclarının sıfırlanması işinin yanvarın 10-na kimi yekunlaşdırılması planlaşdırılır. Bu barədə ''Azəriqaz''İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib. Eyni zamanda ''Azəristilik'' ASC-nin bu quruma olan borcu da dövlət tərəfindən tam ödənilib.

Ölkədəmexaniki qaz sayğaclarının sıfırılanması prosesi həyata keçilir.Beləki Azəriqaz istehsalat birliyinin əməkdaşları tərəfindən evlərdə sayğacaları baxış keçirilir və göstəricilər sıfırlanır. Artıq qurum tərəfindən bu işin yekunlaşacağı tarix də açıqlanıb.

Qrum rəsmisinin sözlərinə görə bu il göstərici hansı gündə sıfırlanacaqsa gələn il də həmin günə əsasən hesablanacaq. Yəni vətəndaşlar 365 gün ərzində onlara verilən limitdən istifadə edə biləcək.

''Azəriqaz'' İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov eyni zamanda ''Azəristilik'' ASC nin olan borcununda dövlət tərəfindən sıfırlandığını bildirib.

Qeyd edək ki, 32 milyon 700 min manatlıq borc 2018-ci ilin noyabr 1-dən 2019 cu il dekabrın 15 -dək olan dövrü əhatə edir.


Xəzər TV

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top