"Bir sıra cəhdlərə baxmayaraq, Rusiya və Türkiyə əlaqələri inkişaf edir"


Dünyada olan qeyri-sabit vəziyyət və bir sıra beynəlxalq oyunçuların cəhdlərinə baxmayaraq, Rusiya və Türkiyə əlaqələri praktiki olaraq bütün sahələrdə inkişaf edir. Bunu İstanbulda keçirilən "Türk axını" qaz kəmərinin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Qara dəniz qaz kəməri kimi belə böyük miqyasda layihənin uğurla həyata keçirilməsi əyani şəkildə sübut edir ki, Rusiya-Türkiyə strateji tərəfdaşlığı öz əhəmiyyətli nəticələrini göstərir. Dünyada olan qeyri-sabit vəziyyət və bir sıra beynəlxalq oyunçuların cəhdlərinə baxmayaraq, Rusiya və Türkiyə əlaqələri praktiki olaraq bütün sahələrdə inkişaf edir", - deyə Rusiya lideri vurğulayıb.

Putin vurğulayıb ki, "Türk axını" ilə tədarük ediləcək Rusiya qazı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top