Tramp: “İranla yeni nüvə sazişi hazırlanmalıdır”


“Rusiya və digər ölkələr İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) imtina etməli və bunun əvəzində Tehranla yeni nüvə sazişi hazırlamalıdırlar”.

Bu barədə ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

O, İran rəsmilərinin eskalasiya yolunu tutduğunu söyləyib.

“İngiltərə, Almaniya, Fransa, Rusiya və Çinin bu reallığı qəbul etmələrinin vaxtı çatıb. Hazırda İranla mövcud olan razılaşmaya son qoyulmalıdır. İranla dünyanı daha təhlükəsiz və daha sülhsevər yer edəcək razılaşma istiqamətində çalışmalıyıq.

Biz İranla bu ölkənin inkişafına, çiçəklənməsinə və böyük reallaşdırılmamış potensialından faydalanmasına imkan verəcək saziş bağlamalıyıq. İran gözəl ölkəyə çevrilə bilər. İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır”.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top