"Türk axını" qaz boru xəttinin açılış mərasimi keçirilib - VİDEO


"Rusiya təbii qazının Türkiyəyə ixracı 30 ildir həyata keçirilir. Qaz ixracını illərdir fərqli kəmərlərlə həyata keçirirdik. İndi isə “Türk axını” ilə yeni bir xətt əlavə ediləcək”.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya qarşıdakı illərdə həm enerji sahəsində, həm də digər sahələrdə ən iddialı layihələri gerçəkləşdirəcək: “Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə davam edir. “Türk axını”nın tikintisi rekord müddətdə tamamlanıb”.
V.Putin əlavə edib ki, ilk xətdən gələn təbii qaz Serbiyanın qərbindən keçəcək: “İkinci xətt isə Türkiyə üzərindən Cənubi Avropaya Rusiya qazını ixrac edəcək”.
Məlumat üçün bildirək ki, bu gün Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi baş tutub.
Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.
Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.kubmetrdir.

report

DİGƏR XƏBƏRLƏR

Top