Azərbaycanlılar İrana bu məqsədlərlə gedirlər - RƏSMİ AÇIQLAMA


Son 4 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2 dəfəyə yaxın artıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yola saldığımız 2019-cu ilin ilk yarısında İrana 639 min azərbaycanlı səfər edib. 4 il əvvəl - 2016-cı ilin ilk yarısında bu göstərici 352,1 min nəfər olub.
Məlumat üçün bildirək ki, rəsmi statistika İrana səfər edən azərbaycanlıların əsasən istirahət və əyləncə, müalicə, dini ziyarət və bazarlıq etmək məqsədilə getdiklərini göstərir.
2016-cı ilin ilk yarısı və 2019-cu ilin ilk yarısında aşağıdakı məqsədlər üzrə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı belə olub:
 
  2016-cı ilin
ilk yarısı
2019-cu ilin
ilk yarısı
Fərq
CƏMİ 352 min 639 min 81 %
artıb
İstirahət və əyləncə 92,6 min 117,6 min 27 %
artıb
Müalicə məqsədilə 34,6 min 95,6 min 2,7 dəfə artıb
Dini ziyarət 48,9 min 101,6 min 2,1 dəfə artıb
Qohumlara, dostlara baş çəkmək 36,3 min 65,8 min 81 %
artıb
Bazarlıq etmək üçün 34,5 min 176,4 min 5,1 dəfə artıb
 
A.Cəfərov
 

 
 

DİGƏR XƏBƏRLƏR

Top