
Rinoplastika, yəni burun estetikası son illərdə Azərbaycanda ən çox müarciət edilən estetik əməliyyatları arasındadır. Bu əməliyyata isə kişilərə nisbətən daha çox qadınlar müraciət edir. Lakin onlar bu əməliyyatın riskləri və madiyyəti barədə o qədər də düşünmürlər. Bəziləri məcburiyyətdən əməliyyat olunsalar da, bəziləri də iri, əyri burunla gəzmək istəmədiklərini deyərək estetik əməliyyata üz tuturlar.
Yeniavaz.com saytı ölkədə estetik əməliyyatlara tələbatın çoxluğunu nəzərə alaraq qiymətlər barədə araşdırma apardı. Araşdırma nəticəsində məlum oldu ki, ölkədə estetik əməliyyatlara tələbin çox olmağı ilə yanaşı, bu əməliyyatı icra edən həkimlərin sayı da kifayət qədərdir. Hətta bəzən klinikaların əksəriyyətində insanları cəlb etmək üçün bayramla əlaqədar burun əməliyyatlarına xüsusi paketlər də təqdim olunur. Bu paketlərdə analizlər, xəstəxanada 1 gün qalma və əməliyyatın qiyməti endirilərək təqdim edilir. Bəzi klinikalar da isə əməliyyat qiyməti ayrı, analiz qiymətləri ayrı hesablanır. Əməliyyatın qiyməti də burundakı problemdən asılı olaraq dəyişir. Lakin, öncəki illərdə estetik əməliyyatı 700-900 AZN vəsaitlə etdirmək mümkün olurdusa, indi bunun üçün minimum 1500 AZN tələb olunur. Revizyon (təkrar əməliyyat) əməliyyatların qiyməti isə bəzən fantastik həddə gəlib çatır.
Yeniavaz.com yaxın aylarda əməliyyat olunan pasientlərin rəylərinə əsasən ölkədəki rinoplastika əməliyyatlarının qiymətlərini təqdim edir:
Həkimlər | Qiymətlər |
Pərviz Aslanov | 3600 - 4000 AZN (Revizyon 5000-6000 AZN) |
Mircəfər Seyidov | 3500 AZN + 106 AZN analiz |
Abdul Ali | 3800 AZN |
Teymuraz Rəsulov | 2600 AZN |
Cavid İsmyılov | 1900 AZN |
Sami Sami | 2300 AZN |
Sənan Mehdiyev | 2500 AZN |
Fərid Şahverdiyev | 1400 AZN |
Rəşid Əliyev | 2500 (Revizyon 4000 AZN) |
Mətin İbrahim | 1300 – 1500 AZN |
Cavid Cabbarzadə | 4200 AZN + 85 AZN analiz |
Dilqəm Məhərrəmov | 2700 AZN |
Tale Nemətzadə | 2200 AZN |
Dilqəm Məmmədov | 2600 AZN |
Vidadi Kəbirli | 3000 AZN |
Xaliq Şıxəliyev | 1400 AZN |
Qeyd edək ki, bu qiymətlərdən əlavə bəzi klinikalarda həkim qəbulu ödənişsiz olsa da, bəzilərində 20-40 AZN arası dəyişir.
İlahə Hüseynova