Meyiti yandırılan Nərminin itkin düşməzdən 1 gün əvvəlki görüntüləri - VİDEO


Tovuz rayonunun Dondar Quşçu Kəndində noyabr ayının 21-də kənddəki toydan bir gün sonra itkin düşən və 2 gün əvvəl yanmış meyiti tapılan 10 yaşlı Nərminin görüntüləri nümayiş olunub.

Verilişin dünənki buraxılışında Nərminin itkin düşməmişdən bir gün əvvəl iştirak etdiyi toyda rəqs etdiyi görüntülər efirə verilib.
Vəhşicəsinə qətlə yetirilən azyaşlının görüntülərini hər kəs göz yaşları ilə izləyib.
Qeyd edək ki, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.  

(Baku.ws)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top