Yanvarın 1-dən bu şəxslər ev satan zaman heç bir vergi ödəməyəcək


Bu ilin əvvəlindən etibarən qeydiyyatda olduğu və özünə məxsus evi satan şəxslər üçün vergi miqdarı azaldılıb.
Yeniavaz.com xəbər verir ki, bu yenilik "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb.
Yanvarın 1-dən etibarən evini satmaq istəyən şəxs əgər 3 il ərzində həmin evdə qeydiyyatda olarsa heç bir vergi ödəməyəcək. Qeyd edək ki, əvvəllər bu rəqəm 5 il olub.
Bundan başqa ev satılan zaman yaşayış sahəsinin 30 kvadratmetri vergidən azad olunur.
Eyni zamanda qeyd edək ki, 3 ildən az müddətdə sahibi olduğu evdə qeydiyyatda olanlar evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə vergi hesablanacaq.
Vergilər hesablanarkən 15 manat həcmində sadələşdirilmiş vergi yaşayış sahələri üzrə müəyyənləşdirilən əmsala vurularaq müəyyən edilir. Məsələn, Bakıda 1-ci zona üzrə  müəyyənləşdirilən əmsal 4-ə bərabərdir. Bu zonada yerləşən ev satılan hər kvadratmetri üçün 60 manat (15x4=60) sadələşdirilmiş vergi ödəniləcək.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top