Zelenski səfərini təxirə salaraq təcili Kiyevə qayıdır


Ukrayna Prezidenti Vladimir Zelenski İranda qəzaya uğrayan Ukrayna təyyarəsinə görə səfərini dayandıraraq Kiyevə qayıdır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Zelenski Oman səfərini dayandıraraq, Kiyevə qayıdır. Bu barədə prezident ofisindən məlumat yayılıb. Bildirilir ki, dövlət başçısı Oman körfəzinin sahillərinə ailəsi ilə istirahətə gedirmiş.
Qeyd edək ki, V.Zelenski hadisə ilə bağlı “Facebook”da paylaşım edərək qəzada həlak olanların yaxınlarına başsağlığı verib.
Göyərtədə 147 sərnişinin İran, 32 sərnişinin isə xarici vətəndaş olduğu bildirilib. Xarici vətəndaşlar arasında ukraynalıların da olduğu qeyd olunub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top