Xoşqədəm Hidayətqızı Nərminin yasından video paylaşdı - ÜRƏKPARÇALAYAN GÖRÜNTÜ


Xəbər verdiyimiz kimi, ötən il noyabrın 20-də Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyeva itkin düşmüşdü. Onun meyiti bir neçə gün öncə axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. Bu gün isə 10 yaşlı Nərmin Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında dəfn olunacaq. 
Yeniavaz.com xəbər verir ki, Nərminin dəfni ilə bağlı aparıcı Xoşqədəm Hidayərqızı sosial şəbəkədə paylaşım edib. O, əsas mövzunun 10 yaşlı günahsız körpənin qatilinin tapılması və cəzalandırılması olduğunu qeyd edib:
“Baxıram yazılanlara, yazanlara sadəcə üzülürəm... Ey insanlar, mən deyirəm ki, noyabr ayından itkin düşən 10 yaşlı körpəylə öldükdən sonra yox, elə həmin vaxt maraqlanırlar, gedirlər ziyarət edirlər və s... Və yazdıqlarımı da kifayət qədər arif insanlar anladı. Mən sadəcə həmin an yazmağı borc bildim, bəzilərinin demək istədiyini, amma deyə bilmədiyini dedim. İndi isə deyirəm ki, mövzu o deyil, yayınmayaq... Mövzu 10 yaşlı günahsız körpənin qatilinin tapılması və cəzalandırılmasıdır. Bu şiddətə kimsə susmamalıdır. Qatil tapılmalıdır! Və bu istiqamətdə də hüquq mühafizə orqanları çalışır, inşallah qatil tapılacaq. Və bu gün Nərmin torpağa tapşırılır. On yaşlı günahsız körpə”.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top