Şəhidimiz dəfn edildi - FOTO - YENİLƏNİB ​

Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

Report xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzalı Əlimövsüm oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, şəhidin nəşi torpağa tapşırılıb. 

***11:30
Xəbər verdiyimiz kimi, ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı.

Azvision.az-ın məlumatına görə, şəhid əsgərimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.

Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top