Qəzada ölən 180 sərnişin arasında Azərbaycan vətəndaşları olub? - XİN-dən AÇIQLAMA


“Ölkəmizin İrandakı səfirliyindən verilmiş ilkin məlumata görə, bu ölkədə baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır.
Qeyd edək ki, göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top