Göyərtəsində 180 sərnişin olan təyyarə İranda yanaraq yerə çırpıldı, sağ qalan yoxdur - ANBAAN VİDEO - YENİLƏNİB


İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.
Bu barədə "Reuters" məlumat yayıb.
İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

***09:00
Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 180 sərnişin olub.
Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb.
Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb.
Hava limanının rəhbəri məlumatı təsdiqləyib.
Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top