Bakıda sakinlərin narazılığına səbəb olan obyektin tikintisi dayandırıldı


Xəbər verdiyimiz kimi, Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.
Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq.
Bununla da binada nəmlənmə baş verəcək.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elçin Rzayev oxu.az-a açıqlama verib.
Onun sözlərinə görə, qeyd olunan qeyri-yaşayış obyektinə dair Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 12.06.2018-ci il tarixli sərəncam verilib:
“Hazırda bu ünvanda tikintiyə icazə sənədləri olmadığından aparılan işlər dayandırılıb”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top