"Şamaxinka"dakı piyada keçidi nə vaxt istifadəyə veriləcək? - VİDEO


İnşasına bir müddət əvvəl başlanılan''Şamaxinka'' kimi tanınan ərazidəki piyada keçidi bu ayın sonuna kimi istifadəyə veriləcək. Hazırda keçiddə son tamamlanma işləri gedir. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, keçidin inşasında gecikmə yoxdur və işlər nəzərdə tutlmuş vaxtda yekunlaşdırılacaq: "Piyada keçidinin tikintisində heç bir gecikmə yoxdur. Tikinti işləri layihəyə uyğun aparılır. Layihədə tikinti işlərinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində istifadəyə verilməsi qeyd edilib. Hazırda keçidin əsas işləri tam yekunlaşıb. Yaxın vaxtlarda keçidin iki girişinə lift qurlaşdırılacaq. Bu ayın sonuna qədər keçid açılaraq piyadaların istifadəsinə veriləcək". Qeyd edək ki, piyada keçidi üstü açıq və asma tiplidir. 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 130 metr, eni 3 metrdir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top