Maraqla gözlənilən “PlayStation 5”in özəllikləri MƏLUM OLDU


ABŞ-ın Las-Veqas şəhərində CES (İstehlakçı Elektron Şousu) tərəfindən təşkil edilən sərgidə "PlayStation 5”in loqosu təqdim edilib.

Yaponiyanın "Sony Interactive Entertainment” şirkətinin prezidenti və baş icraçı direktoru Cim Rayn maraqla gözlənilən yeni oyun konsolu "PlayStation5”in xüsusiyyətləri barədə məlumat verib.

"PlayStation 5”in məlum olan xüsusiyyətləri aşağıdakı kimidir:
3D səs:İstifadəçilər 3D səs texnologiyası ilə özlərini oyunun içərisində hiss edəcəklər.
Təmas və xəbərdarlıq düyməsi:"PlayStation 5” oyunçulara daha həssas toxunuşlar vəd edir.
Ultrasürətli SSD:"PlayStation 5”in sahib olduğu ultrasürətli SSD yaddaşlar oyunların yüklənmə müddətini ciddi şəkildə qısaldacaq.
Təchizat əsaslı qrafik izləmə:Oyunçular vizual gerçəkliyə şahid olacaq.
Ultra HD Blu-Ray dəstəyi:"PlayStation 5” qrafikaya ciddi əhəmiyyət verən bir konsoldur. O, oyunsevərlərə bənzərsiz təcrübə yaşadacaq.
(publika.az)

DİGƏR XƏBƏRLƏR

Top