Putin Bəşər Əsədlə görüşdü


Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfər edib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. 
Onun sözlərinə görə, V. Putin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Görüş Rusiya Silahlı Qüvvələrinin Suriyada yerləşən komanda məntəqəsində baş tutub.
“Onlar ölkənin müxtəlif regionlarındakı vəziyyətlə bağlı hərbi hesabatı dinləyiblər”, - deyə Kremlin sözçüsü əlavə edib. 

DİGƏR XƏBƏRLƏR

Top