Məşhur mebel firması 4 uşağın ölümünə səbəb oldu – Azərbaycanda da satılır – FOTO


İsveçin dünyaca məşhur mebel markası “IKEA”nın istehsal etdiyi sürməli şkaf növü ABŞ-ın Kaliforniya əyalətində 2 yaşlı uşağın ölümünə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, şirkət buna görə uşağın ailəsinə 46 milyon dollar ödəyəcək.
Cozef Dudek adlı uşaq 2017-ci ilin may ayında evdə oynayan zaman “Malm” markalı sürməli şkaf onun üstünə düşüb və nəticədə uşaq dünyasını dəyişib. 32 kiloqram ağırlığındakı şkaf daha əvvəl eyni şəkildə 3 uşağın ölümünə səbəb olduğu üçün firma tərəfindən geri çağırılmışdı.
Uşağın valideynləri isə bildirirlər ki, 2 yaşlı uşağın 76 santimetr yüksəklikdəki şkafı aşırabiləcəyini nəzərə almayıblar: “Sonradan şkafın dizayının səhv olduğunu öyrəndik. Yaşadıqlarımızı danışırıq, çünki başqa ailələrin başına da eyni halın gəlməsini istəmirik”.
“IKEA” 2014 və 2015-ci illərdə ikisi də 2 yaşında olan uşaqların eyni səbəbdən ölməsindən sonra müştərilərə şkafı divara bərkitməyi məsləhət görmüşdü. Ancaq 23 aylıq bir uşaq öldükdən sonra firma tarixindəki ən böyük geri çağırma qərarını vermişdi.
Qeyd edək ki, “IKEA” firmasının məhsulları Azərbaycanda da satılır. Ancaq “Malm” markalı şkafın satılıb-satılmadığı bəlli deyil. Daha öncədən belə məhsul almış və azyaşlı övladı olan valideynlərə ehtiyatlı olmağı tövsiyə edirik.

DİGƏR XƏBƏRLƏR

Top