
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Bakı şəhər Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz