"Azərişıq" ASC-yə yeni sədr təyin edilib - SƏRƏNCAM


Prezident İlham Əliyev Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncamla Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr postu 2018-ci ildən boş idi.

DİGƏR XƏBƏRLƏR

Top