Qasım Süleymani dəfn edilmədi - SƏBƏB


ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin dəfnində faciə yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu gün İranda generalın dəfn mərasimində izdiham yaşanıb. Nəticədə 32 nəfər dünyasını dəyişib, 190 nəfər isə ağır yaralanıb. Faciə səbəbilə generalın dəfni təxirə salınıb. Q. Süleymaninin nəşinin nə vaxt torpağa tapşırılacağı isə hələlik bilinmir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top