Sürücü avtomobilinə qartopu atan uşaqları güllələdi


ABŞ-da bir şəxs avtomobilinə qartopu atan uşaqları güllələyib.
Yeniavaz.com xarici KİV-ə istindən xəbər verir ki, hadisə ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində baş verib. Bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, 12 yaşlı bir qız və 13 yaşlı oğlan dostlarının yanından keçən avtomobillərə qartopu atıb. Bundan qəzəblənən “Toyota” markalı avtomobilin sürücüsü isə avtomobildə olan silahını götürərək uşaqları güllələyib. Uşaqlar ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Polis şübhəli şəxsin axtarışına başlayıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top