Mingəçevirdə iki minik avtomobili toqquşub


Mingəçevir şəhər Heydər Əliyev prospektində "VAZ 21099" və "BMW" markalı avtomobillər toqquşub.
Yeniavaz.com xəbər verir ki, avtomobil qəzası Heydər Əliyev prospektinin məktəblilərin və piyadaların sıx hərəkət etdiyi hissəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top