Avstraliyada uzun müddətdir davam edən yanğınlardan sonra yağış yağıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın meşə yanğınlarının məruz qaldığı yerlərdə yağış yağaraq, temperatur aşağı düşüb. Yağıntı Sidneydən Melbrunadək olan ərazidə aramla yağıb. Yeni Cənubi Uelsin bəzi hissələrində isə leysana çevrilib. Lakin səlahiyyətli şəxslər havanın uzun müddət belə davam etməyəcəyini, yenidən isti günlərin başlayacağını bildiriblər.
Hökumət də yenidən baş verə biləcək yanğınlar barədə xəbərdarlıq edib: “Hələlik heç bir şeyə görə əmin ola bilmərik. Əlimizdən gəldiyi qədər yanğın olan ərazilərdən insanları və digər canlıları təhlükəsiz yerlərə təxliyyə edirik”.
Qeyd edək ki, ötən gün Avstraliyanın Adealide şəhərində yaşayan müsəlmanlar bir araya gələrək meşə yanğınlarının və quraqlığın bitməsi üçün yağış duası ediblər. Yağış duasına 50 müsəlmanla yanaşı, xristianlar da qatılıb.
Xatırladaq ki, ötən ilin sentyabr-avqust ayından başlayan yanğınlar son günlər daha da güclənib. Bununla bağlı Avstraliyada 3-cü fövqəladə vəziyyət elan olunub. Vətəndaşlar yanğınların qarşısının alınması üçün səfərbər edilib. 40-dan çox xilasedici həlak olub, 500 milyondan çox heyvan yanaraq tələf olub, bir qrup heyvanın nəsli kəsilib, 4 milyon hektardan çox meşə sahəsi yanıb.
Bununla yanaşı, Baş nazir Skott Morrison, yanğından zərər görən ərazilərin bərpası üçün iki milyard dollar vəsait ayrıldığnı bildirilib.
Rain pours in Sydney, Australia, giving residents hope as the region grapples with devastating bushfires. https://t.co/4V7bWPFtn6 pic.twitter.com/K5zg2oTLM1
— ABC News (@ABC) 6 Ocak 2020
İlahə Hüseynova