Astarada psixotrop maddə satanlar iş başında tutuldu


Astarada psixotrop maddə satan həmkəndlilər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, rayonun Şahağacı kənd sakini Elzamin Feyruzzadə bir bükümdə çəkisi 0,2 qram psixotrop maddə olan metamfetamini satarkən cinayət başında saxlanılıb. 
Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq satış məqsədilə saxladığı 11 büküm metamfetamin aşkarlanaraq götürülüb. 
Davam edən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, E.Feyruzzadə həmin psixatrop maddəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Həbib Muxtarovdan əldə edib.
H.Muxtarov polis əməkdaşları tərəfindən Şahağacı kəndi ərazisində saxlanılıb və keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 13 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top