Cavad Zərif BMT-nin iclasında iştirak edə bilməyəcək – ABŞ viza vermir


Adını vermək istəməyən ABŞ hökumətinin üzvlərindən biri, ABŞ-ın İran Xarici İşlər naziri Cavad Zərifə Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün viza vermədiyini bildirib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bu iddia ötən həftə ABŞ-ın Bağdadda keçirdiyi əməliyyat nəticəsində İran İnqilab Keşikçilərinin generallarından Qasım Süleymaninin öldürülməsindən sonra meydana çıxıb.
BMT-nin müqavilə şərtlərinə əsasən ABŞ xarici diplomatlara bu kimi iclaslarda iştirak etmək üçün viza verməyə məcburdur. Ancaq rəsmi Vaşinqton təhlükəsizlik, terrorçuluq və apardığı xarici siyasət səbəbilə vizanı ləğv edəbiləcəyini açıqlayıb.
BMT-nin mətbuat katibi Stefan Duyaric və ABŞ Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirməkdən boyun qaçırıb. İranın BMT təmsilçisi isə bununla bağlı heç bir rəsmi xəbərdarlıq almadıqlarını bildirib.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının iclası yanvar ayının 9-da Nyu-York şəhərində baş tutacaq. Bu iclasın Cavad Zərifə, Qasım Süleymaniyi öldürdüyünə görə ABŞ-ı tənqid etmək üçün yaxşı fürsət tanıyacağı ehtimal olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top