ABŞ-İran arasında gərginlik artır - 6 nüvə silahı daşıya bilən təyyarə gətirilir


ABŞ rəsmiləri Hind okeanında yerləşən Diyeqo Qarsiya adasına 6 ədəd B-52 təyyarəsi göndəriləcəyini açıqladı.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, ABŞ rəsmiləri 6 ədəd B-52 təyyarəsini İranın hər hansı hücumuna qarşılıq verilməsi üçün hazır saxlayacaqlarını bildirib. Verilən məlumatlara görə, həmin təyyarələr nüvə silahı daşımaq xüsusiyyətinə malikdir.
Qeyd edək ki, ABŞ ordusuna aid qırıcı təyyarələrin yerləşdiriləcəyi Diyeqo Qarsiya adası İrana 4 min kilometr məsafədə yerləşdir. ABŞ rəsmiləri bildirib ki, B-52 təyyarələri bəhs edilən adada İranın 2 min kilometrlik Şahab və Sumar raketlərinin mənzili xaricindədir.

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top