"İran heç vaxt nüvə silahına sahib olmayacaq" - Tramp


“İranın heç vaxt nüvə silahı olmayacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra pisləşib. İran ABŞ-a cavab verəcəyini, Birləşmiş Ştatlar isə qarşı tərəfi müharibə ilə hədələyib.  

DİGƏR XƏBƏRLƏR

Top