Avstraliyada yanğından xilas edilən kenquru balasının görüntüləri trendə çevrilib - VİDEO


Sentyabr ayından etibarən Avstraliyada başlayan yanğınlar hələ də davam etməkdədir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yanğınlar zamanı yanğınsöndürənlərdən birinin kenquru balasını xilas etməsinin kadrları yayılıb və böyük marağa səbəb olub. Ölkənin Breydvud bölgəsindəki yanğınları söndürməyə çalışan Sem Makqlon adlı yanğınsöndürən qarşısına çıxan kenquru balasını xilas edib və ona süd verib.
Qeyd edək ki, Avstraliya hökumətinin bütün səylərinə baxmayaraq Yeni Cənubi Uels və Viktoriya əyalətləri başda olmaqla ölkəni ağuşuna almış yanğınları söndürmək hələ də mümkün olmayıb. Yaşayış məntəqələrinə çatan yanğın nəticəsində indiyə kimi 500 milyondan çox heyvan tələf olub, 25 nəfər isə dünyasını dəyişib. Ümumilikdə qitədə tamamilə külə dönmüş ərazilərin sahəsi 8 milyon hektarı ötüb.

DİGƏR XƏBƏRLƏR

Top