Bakıda oğrular evi soyub, sonra od vurdular - VİDEO


Bakıda oğru və ya oğrular qarət etdikləri evi yandırıblar.

Yeniavaz.com-un “Report”a istinadən məlumatına görə, hadisə yanvarın 5-də axşam saatlarında Binəqədi rayonu Kənd Binəqədi yaşayış massivində törədilib.  Qalib Məmmədova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı yaşayış evi yanıb.

Hadisənin əsil səbəbi isə yanğın söndürüləndən sonra ortaya çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, oğru və ya oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Onlar pəncərənin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdən 3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonra izi itimək üçün evi yandırıblar.

Ev sahibi hadisə ilə bağlı Binəqədə rayonu 43-cü Polis Bölməsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top