Bu yoldakı nişanlama xətləri sürücüləri çaş-baş salır - Yol kimindir? - VİDEO


Bakıda Nazim Hikmət küçəsi ilə Lökbatan yolunun kəsişməsindəki dairəvi yolda qurulan yol xətləri və nişanlar sürücülər arasında çaşqınlığa səbəb olur.
Yeniavaz.com xəbər verir ki, Nazim Hikmət küçəsi ilə Lökbatan yolunun kəsişməsindəki dairəvi yolda qoyulan işarələr dəyişdirilib. Yeni nizamlamaya görə, Nazim Hikmət küçəsi ilə hərəkət edən avtomobillər Lökbatan yolu ilə gələn avtomobillərə yol verir. Sürücülər arasında çaşqınlığa səbəb olan məsələ isə bəhs etdiyimiz işarələrlə asfalta çəkilən xətlərin ziddiyət təşkil etməsidir.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, dairəvi yola girdikdən sonra geriyə, Nazim Hikmət küçəsinə tərəf qayıdanda üstünlük artıq həmin istiqamətdə gedən avtomobillərə verilib. Ancaq, dairəvi yolda yerə çəkilən 1.13 işarəsi bunun əksini göstərir: "Həmin işarə avtomobillərə yol verməli olduqlarını, üstünlüyün digər istiqamətdən gələn avtomobillərin olduğunu xəbər verir. Həmin yerdə yol nişanları dəyişildikdən sonra yerdəki xətlər də ya silinməli ya da dəyişdirilməli idi. Bu cür ziddiyətli yollar sürücünün sərbəst hərəkət etməsinə imkan verir".
Bəhs edilən yolda sürücülərin şikayət etdiyi digər bir problem də Nazim Hikmət küçəsindən Lökbatana tərəf gedərkən dairəvi yola daxil olduqdan sonra digər avtomobillərə yol verilməsidir. Bu da həmin yerdə tıxaca səbəb olur.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top