Türkmənbaşı Azərbaycan mahnısı ifa etdi, məmurları oynadı - VİDEO


Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib. Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov bir saat ərzində bayram konsertində sintezatorda müşayiət edib və oxuyub.

Qurbanqulu Berdıməhəmmədov sintezatorda Azərbaycan musiqisi də səsləndirib. Belə ki, ölkə başçısı Azərbaycan "Yaylıq" xalq mahnısı sintezatorda ifa edib və məmurlar o ki var oynayıblar. 

(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top