Tbilisidən Bakıya gələn qatarda nasazlıq yarandı


Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarında gecikmə olub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı oxu.az-a qatarda olan sərnişinlər məlumat verib. 
Bildirilib ki,  gecikməyə səbəb kimi sıxlığın çox olması ilə bağlı qoşulmuş əlavə vaqonlarda yaranmış nasazlıq göstərilib.
Dünən axşam 20:35-də Tbilisdən hərəkət edən qatar 07:20-də Bakıda çatmalı olduğu halda, amma qatar 12:12-də mənzil başına çatıb.
 “Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top