Güclü duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Həştərxana yola düşüb - YENİLƏNİB

Həştərxan hava limanındakı güclü duman səbəbindən Azərbaycana qayıdan “Buta Airways”in təyyarəsi Bakı vaxtı ilə saat 13:05-də yenidən Həştərxana yola düşüb.
Bu barədə "Report"a şirkətdən məlumat verilib.

***11:43
Bakıdan Həştərxan hava limanına uçan təyyarə geri qayıdıb.
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
Yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top