İranın baş naziri Adil Abdulmehdi suiqəstin olduğu gün Süleymani ilə görüşəcəkdi.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Abdulmehdi qətlin baş verdiyi gün Süleymaninin İrana vacib məlumat apardığını bildirib: "Biz Səudiyyə Ərəbistanına bir məlumat göndərmişdik. Onlar da bizə Süleymani vasitəsilə cavab vermişdilər. General həmin gün İrana Səudiyyə Ərəbistanından vacib məlumat gətirirdi. Qasım Süleymani ilə görüşüb həmin məlumatı alacaqdım". Bəhs edilən informasiyanın nə olduğu barədə isə heç bir açıqlama verilməyib.
Ruslan Yusibov