Koreyada magistral yolda 41 avtomobil toqquşub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, avtomobillərin kütləvi qəzası Cənubi Keongsanq əyalətindəki magistral yolda baş verib.
41 avtomobilin toqquşmasına səbəb yolda yaranan buz təbəqəsi olub.
Magistral yolun buz təbəqəsi nazik olduğundan sürücülər bunu hiss etməyib və nəticədə qəza baş verib.
İlkin məlumatlara görə, qəzada 6 nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, dekabr ayının ortalarında sözügedən magistral yolda oxşar iki qəza baş vemişdi.
Qəza nəticəsində 7 nəfər ölmüş, 32 nəfər yaralanmış, 8 avtomobil isə yanaraq kül olmuşdu.
İlahə Hüseynova