Yol polisindən xəbərdarlıq - Cərimələnə bilərsiniz


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə xəbərdarlıq edib.
BDYPİ-nin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilib. 
Onun sözlərinə görə, qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçığ yaranaraq, bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. 
R.Quliyev deyib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir: "Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir".
Polkovnik-leytenant qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artığını, bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir: "Lakin, bəzi sürücülərin havaların yağışlı, çisginli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndiriməsi yol verilməzdi".
Şöbə rəisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top