İran: Nüvə istehsalı ilə bağlı bütün razılıqları ləğv edirik


İran hökuməti Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra daha bir sərt açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran hökuməti general Qasım Süleymaninin öldürülməsindən sonra nüvə silahı istehsalı barədə bütün digər ölkələrlə etdiyi razılıqları ləğv etdiklərini bildirib: "Artıq nüvə silahları barədə heç bir məhdudiyyəti tanımırıq. Bundan sonra İranın bütün nüvə fəaliyyətləri lazım olduğu qədər davam edəcəkdir". İran rəsmiləri həmçinin bildiriblər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələri hələlik davam edir. İrana qarşı tətbiq edilən sanksiyalar qaldırılar və qəbul edilən qərarlar İranın lehinə olarsa nüvə silahları barədə əvvəlki öhtəliklərə yenidən baxılacaq.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top