Azərbaycanda polis yol qəzasında öldü


Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top