Yağışlı havada Bakıda baş verən qəza kameraya düşdü - ANBAAN VİDEO


Yağışlı havada sürət həddinə və manevr qaydalarına əməl etməyən sürücü qəzaya səbəb olub. 
Hadisə Bakıda qeydə alınıb. “Mercedes” markalı avtomobil qarşıda gedən eyni markalı maşını sağdan ötərkən sürücü idarəetməni itirib və sürüşərək qarşı yola çıxıb.
Bu zaman “Mercedes” həmin yolla hərəkət edən “Nexia” markalı avtomobilə çırpılıb. 
Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. 

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top