ABŞ hərbi bazasına silahlı hücum - 3 ölü, 2 yaralı


Əş-Şəbab terror təşkilatı Keniyada ABŞ əsgərlərinin istifadə etdiyi hərbi bazaya hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində bir ABŞ əsgəri və 2 Pentaqon əməkdaşı ölüb.
Daha 2 Pentaqon əməkdaşı isə yaralanıb. Məlumatı ABŞ Afrika Komandanlığı da (AFRICOM) təsdiqləyib.
Qurumdan verilən açıqlamada hərbi bazaynın top və kiçik çaplı silahlarla atəş tutulduğu bildirilib.
Qeyd olunub ki, hücum zamanı mülki şəxslərə aid 6 təyyarə də qəzalı vəziyyətə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top