Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox cəzalanan futbolçular - SİYAHI


Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox vərəqə alan futbolçular müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, apasport.az saytı onilliyin klubları, bombardirləri, “qvardiyaçıları”nın ardından intizamsızların da siyahısını tərtib edib.
2010-19-cu illərdə ən çox vərəqə alan oyunçu İlkin Qırtımovdur. Bu müddətdə müxtəlif klubların şərəfini qoruyan müdafiəçi 8-i qırmızı, 71-i sarı olmaqla 79 vərəqə ilə cəzalanıb. O, həm ümumi, həm sarı, həm qırmızıların sayında “liderdir”. 50 və daha çox vərəqə alanların siyahısında 11 futbolçu yer alıb. 2-ci olan Şəhriyar Rəhimov 71, 3-cü olan Tural Axundov 64 dəfə cəzalanıb. Lakin onların hesabında olan qırmızı vərəqələrin sayı yetərincə azdır.

Meydandan kənarlaşdırılma sayında 2-ci yerdə isə Vurğun Hüseynovdur. O, 7 dəfə komandasını natamam heyətdə qoyub. Adrian Skarlatake qırmızı vərəqə sayında 3-cüdür. O, həm də legionerlər arasında 1-cidir.

Ümumi vərəqə sayında isə Viktor İbekoyi  əcnəbilər arasında “liderdir”.

5 və daha çox qırmızı vərəqə alanların sayı 6-dır. Onlar arasında milliləşən legioner Tagim Novruzov diqqət çəkir. Ən çox vərəqə alanlar 200 və daha çox görüşdə bu qədər cəzalanıbsa, yığmamızın rusiyalısı cəmi 101 görüşdə 5-i qırmızı olmaqla 46 vərəqə görüb. O, ən azı 25 vərəqə alanlar arasında orta göstəricilərdə hamıdan intizamsızdır.

Emin Mehdiyev isə vərəqələrin dəqiqəyə nisbəti baxımından 1-cidir. Hesabında 4-ü qırmızı olmaqla 33 vərəqə olan futbolçu hər 112 dəqiqədən bir cəzalanıb.

50 və daha çox vərəqə alanlar

yer

futbolçu

vərəqə

qırmızı

1.

İlkin Qırtımov

79

8

2.

Şəhriyar Rəhimov

71

3

3.

Tural Axundov

64

2

4.

Vurğun Hüseynov

62

7

5.

Viktor İbekoyi

62

4

6.

Rasim Ramaldanov

60

4

7.

Novruz Məmmədov

60

3

8.

Erik Ramos

56

1

9.

Şəhriyar Əliyev

51

2

10.

Adrian Skarlatake

50

6

11.

Aleksandr Çertoqanov

50

5

5 və daha çox qırmızı alanlar

yer

futbolçu

qırmızı

1.

İlkin Qırtımov

8

2.

Vurğun Hüseynov

7

3.

Adrian Skarlatake

6

4-6.

Tagim Novruzov

5

 

Aleksandr Çertoqanov

5

 

Elnur Allahverdiyev

5

DİGƏR XƏBƏRLƏR

Top