İranın qisas açıqlamasına Trampdan cavab: "ABŞ vətəndaşına hücum etsələr…”


ABŞ və İran arasındakı ədavət günü-gündən daha da alovlanır.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, öz rəsmi “Twitter” səhifəsindən məsələ ilə bağlı açıqlama verib və İranı hədələyib: “Əgər İran hər hansı bir ABŞ vətəndaşına və ya mövqelərimizdən birinə hücum edərsə, bütün gücümüzlə və ən qısa müddətdə buna qarşılıq verəcəyik. Bəlkə də bu barədə heç bir sərhəd tanımayacağıq”.
Qeyd edək ki, Bağdadda generallarının ABŞ tərəfindən öldürülməsindən sonra İran hökuməti qisas alacaqlarını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top